Rinoplastika haqqında uydurma və həqiqətlər

Rinoplastika haqqında uydurma və həqiqətlər
3039 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlarda olduqca geniş yayılan burun əməliyyatı - rinoplastika haqqında müxtəlif fikirlər irəli sürülür.

Axşam.az bu əməliyyatla bağlı uydurma və həqiqətləri nəzərinizə çatdırır.

1. Rinoplastika ilə istədiyin buruna sahib olmaq mümkündür.

Əməliyyat ilə qüsursuz buruna sahib olmaq hərkəsin xəyalıdır. Əslində isə, hər bir insanın burun quruluşu, sümük, qığırdaq forması, toxuma qrupları fərqlidir. Buna uyğun olaraq bir forma seçilməlidir. Əks halda məyus ola bilərsiz.

2. Rinoplastika həddən artıq ağrılı prosesdir.

Çoxları bu əməliyyata girərkən ağrıdan qorxur. Hər bir əməliyyatda olduğu kimi, rinoplastikada da ümumi keyitmədən istifadə edilir. Sonrakı bir neçə gün ərzində də ağrıkəsici dərmanlarla xoşagəlməz hislərdən qurtulmaq mümkündür.

3. Burun əməliyyatından sonra yara izi qalmır.

Əgər əməliyyat açıq şəkildə həyata keçirilibsə, yara izi qalacaq. İlk aylarda gözlə görüləcək dərəcədə hiss edilə bilər. Bir ildən sonra isə insan özü belə yara izini çətinliklə seçəcək.

4. Əməliyyatdan sonra burnunuz başqalarının diqqətini çəkəcək

Əgər əməliyyatı peşəkar bir cərrah edibsə, burnunuz tamamilə təbii görünəcək.

5. Rinoplastikadan sonra burun həssaslaşır, nəfəs almaq çətinləşir.

Tamamilə yanlışdır. Təbii ki, ilk günlərdə müəyyən narahatlıqlar yarana bilər. Amma tam sağalma dövründən sonra burnunuz əvvəlki kimi və hətta daha yaxşı hiss edə biləcək.