Ebru Şallıdan ayrılan həyat yoldaşı yeni sevgili tapdı - fotolar

Ebru Şallıdan ayrılan həyat yoldaşı yeni sevgili tapdı - fotolar
1911 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model Ebru Şallı ilə boşanan Harun Tan özünə yeni sevgili tapıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İstanbulun Zincirlikuyu səmtində görüntülənib.

Belə ki, Harun Tanın avtomobili yol polisi tərəfindən saxlanılıb. Polislər Harunun spirtli içki qəbul edib-etmədiyini yoxlayarkən paparatsilər onun gənc xanımla fotolarını çəkib. Bunu görən H. Tan həyəcanlanaraq polisdən sənədlərini istəyib. Proses bitdikdən sonra o, sürətlə həmin yerdən uzaqlaşıb.

Qeyd edək ki, 11 il evli qalan Harun Tan və Ebru Şallı ötən il boşanıb. E. Şallı hazırda müğənni-bəstəkar Sinan Akçılla birlikdədir.