"Evli adamdan hamilə qaldım, məşhur oldum"

"Evli adamdan hamilə qaldım, məşhur oldum"
16372 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli fenomen Şeyma Subaşı son açıqlamaları ilə yenə tənqid hədəfi olub.

Axşam.az xəbər verir ki, o, Youtube kanalında izləyicilərin sualını cavablandırıb.

Fenomenin TV8-in rəhbəri Acun Ilıcalı və qızı ilə bağlı etirafları izləyiciləri özündən çıxarıb. Belə ki, Şeyma o zamanlar başqası ilə evli olan Acundan hamilə qalması səbəbilə məşhur olduğunu deyib.

"Evli və çox tanınmış birindən hamilə qaldığım üçün bu qədər məşhur oldum. Hamiləliyim boyunca küçəyə çıxa bilmirdim. Hamı qarnıma baxırdı, şəkil çəkməyə çalışırdı. Ona görə Mayamiyə getdim və qızımı orda dünyaya gətirdim" deyə, o, bildirib.

İzləyicilər isə onun bu sözlərini kəskin dillə tənqid edib. Onlar Şeymanın məşhur olmaq üçün hər yola əl atdığını yazıblar.