18 illik arvadını "baxımsız" olduğu üçün öldürdü

18 illik arvadını "baxımsız" olduğu üçün öldürdü
6579 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin İzmir şəhərində dəhşətli cinayət yaşanıb.

Axşam.az xəbər verir ki, 38 yaşlı Filiz Tekin adlı qadın 18 illik əri İbrahim Tekin tərəfindən döyülərək öldürülüb. Evə içkili halda gələn ər qadına "Niyə baxımsızsan, niyə bu qədər çirkinsən" deyərək, onu döyməyə başlayıb. Başını dəfələrlə divara çırpdıqdan sonra qadın özündən gedib. Kişi övladlarına heç kimə xəbər verməməyi tapşırsa da kiçik oğlu xalasına zəng edib. Zəngdən sonra evə gələn bacısı Filizi halsız şəkildə tapıb və təcili olaraq xəstəxanaya çatdırıb. Beyin silkələnməsi və onurğasında sınıqlar aşkarlanan qadın 8 gün komadan qaldıqdan sonra vəfat edib.

Qatil ər isə həbs edilib.