“Murdar insanların sevinməsini izləmək...”

“Murdar insanların sevinməsini izləmək...”
1225 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu sosial media hesabındakı paylaşımı ilə fanatlarını kədərləndirib.

Axşam.az xəbər verir ki, o, iki il öncə çəkilən fotosunu paylaşaraq həmin vaxt səhhətində yaranan problemdən və yaşadıqlarından söhbət açıb:

“Təsadüfən Təcili Yardımda çəkilmiş şəklim qarşıma çıxdı. 2 il öncə bu gün yaşadıqlarım gözümün önündə canlandı. Uzun sürən əməliyyat, bircə saniyəlik də olsa ağrılarımın olmaması üçün Allaha yalvarışlar, murdar insanların sevinməsini izləmək, aylarla yataqdan qalxmamaq, ağrılarımdan çox himayəmdə olan insanların qayğısına kim qalacaq kimi narahatçılıqlar, istifadə etmək üçün sağalmağımı gözləyənlər... Amma eyni zamanda peşəkar həkimlər, başımın üstündə bir ordu dostlarım, günlərlə bu ağrını mənimlə bir keçirən ailəm, əzizlərimin, millətimizin, qəlbdən gələn duaları, sevgisi, sənət dostlarımın mənəvi dəstəyi və nəhayət ayağa qalmaq. Qəribə hisslər keçirirəm. Özümü naşükürlükdə, unutqanlığda qınayıram. Baxmayaraq hər gecə dua və şükürlərimi dilimə gətirirəm, məncə, yenə də azdı. Pis günlər uzaq olsun, hər anımıza şükür”.

Sənətçinin bu paylaşımına yüzlərlə rəy gəlib, sevənləri N.Qaraçuxurlunun sağlam olmağını arzulayıb.