Fatimədən Xatun haqda suala sərt reaksiya - Video

Fatimədən Xatun haqda suala sərt reaksiya - Video
1539 dəfə oxunub
  • A-
  • A
  • A+

“Deyirlər ki, kim olmusan? Onlara deyirəm ki, gedin qaldığım ərazidə maraqlanın. Fatimə bayıra çıxanda hamı onun geyiminə baxırdı. Olur ki, kiminləsə sözün düz gəlmir, bu sözü işlədirlər”.

Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” proqramında rəqqasə Fatimə Fətəliyeva qalmaqal edən şəxslərin bir-birinə qarşı “Kim olmusan” sualını verməsi barədə deyib.

O bildirib ki, yaxın günlərdə bu sözə əsəbiləşib:

“Üç gecədir yatmıram. Əsəbdən, yuxusuzluqdan gözümə qan dolub”.

Daha sonra müxbirin “Bu şəxs Xatundur” sualı onu əsəbiləşdirib. Fatimə “Qurban olum sənə, o, kimdir?” deyərək qalmaqal yaşadığı eks-dostunu tanımazlıqdan gəlib.