Qadın fanatından qorxub prokurorluğa müraciət etdi

Qadın fanatından qorxub prokurorluğa müraciət etdi
727 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Tan Taşçı “Üzünü saçları ilə gizləyən bir qadın illərdir hər yerdə məni izləyir. Maşını ilə arxamca düşür, qorxuram” deyərək, prokurorluğa müraciət edib.

Axşam.az xəbər verir ki, prokurorluq onun müraciətdən sonra qadının kimliyinin müəyyən edilməsi üçün istintaq başladıb.

Bildirilir ki, Tan ifadəsində qadınla sonuncu dəfə dostları ilə getdiyi tətildə rastlaşdığını qeyd edib:

“Dostlarımla əylənmək üçün şəhərdən kənara çıxdıq. O qadın avtomobili ilə bizi izləyib. Bir anda qarşımıza çıxdı, hamımız çox qorxduq”.