AzTV HD formata keçir

AzTV HD formata keçir
708 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Televiziyası 2020-ci ildən HD yayım formatına keçir. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadalıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir”.

Axşam.az xəbər verir ki, bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın iclasında səsləndirib. Qeyd edib ki, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüteri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq. İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.