“Məni o qədər söyür ki, yazdıqları şikayət ərizəsinə sığmır”

“Məni o qədər söyür ki, yazdıqları şikayət ərizəsinə sığmır”
3445 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi aparıcı Mətanət Əliverdiyevanın “Nə vaxt baxıram qalmaqal edirsiniz” sözlərinə cavab verib.

F.Kərimova Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu ilə olan qalmaqalından danışıb:

“Əcəb etmişəm. Mənə sataşmasınlar. Məni söyəndə, nə deməliyəm? Mən yazıq peşman oldum Afədə dedim ki, “Nəsimi”ni belə oxumurlar. İki kəlimə söz dedim. Afət məni yıxdı, sürüdü. Danışırdı, cavab vermədim. Sonra dedi ki, fikir verməyin, hürür-hürür tuta bilmir. Götürdüm palaz boyda kağız yazdım. Ülviyyə Alovlu da mənə ağzına gələni dedi, verdim məhkəməyə. Ayın 20-si məhkəmədir”.

Sənətçi bildirib ki, Afət Fərmanqızını da məhkəməyə verməyə hazırlaşır:

“Afəti də məhkəməyə verirəm. Sadəcə o qədər söyür ki, yazdıqları ərizəyə sığmır. Mənim günümə bax, 78 yaşımda məhkəmələrdə qalmışam. Həyat yolumla, yaşımla, sənətimlə söz demək yaşına çatmışam. Afət, mən sənə nə dedim? Dedim ki, bu qəzəli belə oxumaq olmaz. Çünki Nəsimi bu millətin dəyəridir. Bir şəkilim var - “Qaynana” filmində vannada boğazıma qədər bağlıdır. Onu əzbərləyib deyir ki, lüt vannada çəkilib. Sən özün elə bir paltarda oturub, “Dolya vorovskaya” oxuyursan. Ayıb deyilmi? Ünvanıma ağzına gələni dedi”.