“Yazacaqsınız ki, fotoşopdur, amma yetərincə arıqlamışam”

“Yazacaqsınız ki, fotoşopdur, amma yetərincə arıqlamışam”
5947 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Bələdiyyə Teatrının aktrisası Nigar Babayeva çəkdirdiyi fotolarla gündəmə gəlir.

Axşam.az xəbər verir ki, buna səbəb isə izləyicilərinin ona yazdığı rəylərdir.

Belə ki, sosial şəbəkə istifadəçiləri onun şəkillərinin fotoşop olduğunu, proqramla boyunu uzatdığını deyir. Nigar isə bununla bağlı izləyicilərinə açıqlama yazıb.

“Yenə yazacaqsınız ki, şəkillər fotoşopdur, ayaqlarınızı uzatmısınız, proqramla özünüzü arıqlatmısınız. Şəkil panorama funksiyası ilə çəkilir. Məni tanıyanlar bilir ki, yetərincə arıqlamışam, hər zaman dietadayam, özümə proqramla nəsə etməyə ehtiyac yoxdur” deyə, aktrisa bildirib.

Qeyd edək ki, Sənətçi bir neçə ay öncə yəhudi bir bəylə ailə qurub.