Şumaxerin qəzası texniki nasazlıqla bağlı deyil

Şumaxerin qəzası texniki nasazlıqla bağlı deyil
743 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur avtopilot Mihael Şumaxerin keçirdiyi qəza ilə bağlı yeni xəbər yayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, idmançının Alp dağlarının Fransa ərazisində yerləşən kurort mərkəzlərindən birində yıxılmasına səbəb texniki nasazlıq olmayıb.

Prokuror Patrik Kuinsi bildirib ki, yollar tələb olunan təhlükəsizlik kriteriyalarına tam cavab verib. Xoşagəlməz hadisə yoldan kənarda baş verib.

Qeyd edək ki, "Formula 1" üzrə yeddiqat dünya çempionu dekabrda Alp dağlarında xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer həmin vaxtdan komadadır.