Uşaqlara Şakira adını vermək qadağan olundu

Uşaqlara Şakira adını vermək qadağan olundu
1842 dəfə oxunub
  • A-
  • A
  • A+
Meksikada 61 adın uşaqlara qoyulması qadağan edilib.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, siyahıda "Rembo", "Şakira", "Hitler", "Robokop", "Burger King" və digər bu kimi adlar yer alır.

Buna səbəb isə sözügedən adların özündə təcavüzkar və alçaldıcı mənalar kəsb etməsidir. Dövlət Əhali İdarəsinin araşdırması nəticəsində müəyyənləşdirilən adların qadağan edilməsi ilə uşaqların gələcəkdə problemlə üzləşməsinin qarşısı alınacaq.