Maradona özündən 30 yaş kiçik futbolçu ilə evlənir - fotolar

Maradona özündən 30 yaş kiçik futbolçu ilə evlənir - fotolar
3495 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona evlənir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, 23 yaşlı xanım futbolçu Rosio Oliva ilə nikaha girəcək.

Maradona Rosioya Sevgililər günündə Romada evlənmə təklifi edib. Bir müddət əvvəl 53 yaşlı argentinalının 5-ci dəfə ata olacağı ilə bağlı yayılan xəbərlər cütlüyün münasibətini pozmayıb. Belə ki, Maradonanın keçmiş həyat yoldaşı Veronika Oxedonun ondan hamilə olduğu bildirilirdi. Sabiq futbolçunun daha bir övladını böyüdən Oxedo onunla sonuncu dəfə ötən il görüşüb.

Qeyd edək ki, D. Maradonanın ilk dəfə ailə qurduğu Klaudiyo Villafanedən Nereya və Dinora adlı qızları var. Onun digər övladı nikahdankənar dünyaya gəlib.