Emin: "Keçmişi qaytarmaq lazım deyil"

Emin: "Keçmişi qaytarmaq lazım deyil"
4925 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-müğənni Emin “Nargiz” dərgisinin “anket” rubrikasının qonağı olub.

Axşam.az “nargizmagazine.com” saytına istinadən ifaçının həmin müsahibəsini təqdim edir:

Ağalarov Emin Araz oğlu

Doğum tarixi: 12 dekabr, 1979-cu il

Doğulduğu yer: Bakı

Məşğuliyyəti: iş adamı, müğənni

- Həyatdakı deviziniz...

- Hər zaman irəli getmək, məqsədlərinə çatmaq, yüksəklərdə olmaq.

- Uşaqlarınızın böyüdülməsində nə əsasdır?


- Onlara diqqət yetirmək. 

- Ambisiyalısınız?

- Bəli.

- Brend düşkünüsünüz? 

- Xeyr. Brendlər müəyyən mənada mühümdür, amma bu, asılılıq olmamalıdır.

- Stilistlərin məsləhətindən istifadə edirsiniz?

- Xeyr, uzun müddət “fashion-biznesmen” kimi çalışmışam, öz zövqümə güvənirəm.

- Keçmişi qaytarmaq olar?

-
Xeyr, bu heç lazım da deyil.

- Sizi böyük uğurlardan ayırır...

-
Uzun ömür. 

- Sağlam həyat tərzi keçirirsiniz?

-
Həm hə, həm yox. Çox idman edir, az yatıram. Yeməkdən özümə korluq vermirəm, digər tərəfdən isə yeməyə vaxt tapmıram.

- Uğursuzluqlar gələcək işlərə təkan verir, yoxsa mane olur?

- Mənim aləmimdə təkan verir.

- Xatirələrinizi yazmağa nədən başlayardınız?

- İndi nə hiss edirəmsə, ondan.

- İndi nə hiss edirsiniz?

- Edə biləcəklərimi reallaşdırmaq üçün vaxt azlığı.

- Mətbuatdan hər zaman gözlədiyiniz, amma eşitmədiyiniz sual hansıdır?

- Mənim öz repertuarımdakı sevimli mahnım hansıdır? Cavab verərdim ki, hələ onu bəstələməmişəm.

- Özünüzü çəkin: