Alim Qasımov: “Konsertdə əlbəyaxa döyüşə çıxıram”

Alim Qasımov: “Konsertdə əlbəyaxa döyüşə çıxıram”
1150 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımovanın açıqlamasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı övladının “Mənim rəqibim Alim Qasımovdur” sözlərini normal qarşılayır.

“Sənətdə rəqiblik olmalıdır. Onun bu sözləri normaldır. Əgər mən bir muğam oxuyuramsa, onun qarşılığı olaraq Fərqanədən də gözəl ifa tələb edəcəm. Bizim konsertimiz buna görə söz-söhbətlər olur. Mən kosnertdə əlbə-yaxa döyüşə çıxıram. Əsl davanı siz onda görə bilərsiniz. Sənət rəqabəti sevir. Sevinirəm ki, qızımın rəqibi mənəm” - deyə, A. Qasımov fikirlərini bölüşüb.