Cenniferin övladını surroqat ana dünyaya gətirəcək

Cenniferin övladını surroqat ana dünyaya gətirəcək
1212 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Cennifer Eniston ən böyük arzusuna çatacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Hollivud ulduzu gələn il övlad sahibi olacaq.

Lakin aktrisa bunu təbii yolla deyil, surroqat ananın köməyi ilə reallaşdıracaq. Eniston normal üsulla ana olmaq şansının az olduğunu öyrəndikdən sonra həkimlərlə danışıb. Sənətçinin həyat yoldaşı Castin Teroks əvvəlcə bu təklifə etiraz etsə də, sonradan razılığa gəlib.