Anar Nağılbaz İradəylə təqdimat etdi - fotolar

Anar Nağılbaz İradəylə təqdimat etdi - fotolar
3335 dəfə oxunub
  • A-
  • A
  • A+
Reper Anar Nağılbaz Almaniyada yaşayan müğənni İradə İsakova ilə oxuduğu “Azəri oğlu + Azəri qızı” mahnısına çəkilmiş klipin təqdimatını keçirib.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, klip nümayiş olunduqdan sonra reper ekran işi barədə təəssüratlarını bölüşüb:

“Bu, İradə xanımla ilk işim deyil, ikinci layihəmizdir, klip vətənpərvər mövzudadır, özüm çəkmişəm. Rejissorluq fakültəsini bitirdiyimə görə özümü sınamaq qərarına gəldim, amma özümə peşəkar rejissor demirəm. Klipə demək olar ki, pul xərcləməsək də istədiyimiz effekti əldə edə bilmişik”.

Sonra İ. İsakova da öz fikrini bildirib: “Bu layihəyə görə Anara təşəkkür edirəm. Əsas işi o görüb, klipi də o çəkib. Bizim çox yaxşı dostluğumuz var. Hələ çox uğurlar əldə edəcəyik. Mən Almaniyada yaşayıram. Bu gün Bakıda son günümdür. Sabah səhər yenidən Almaniyaya gedirəm, amma yaradıcılıq işlərimi Azərbaycanda davam etdirməyə iddialıyam, yeni işlərim olacaq”.

Qeyd edək ki, bəstənin söz və musiqisi də A.Nağılbazındır.