Azərbaycanda qəbiristanlıqlar qarət edilib - Fotolar+Video

Azərbaycanda qəbiristanlıqlar qarət edilib -  Fotolar+Video
2201 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəncənin qəbristanlıqlarından oğurluq faktları qeydə alınır.

Axşam.az xəbər verir ki, “Baku.Ws”in bölgə müxbirinin verdiyi məlumata görə, sonuncu belə hadisə ötən gün səhər saatlarında baş verib.

Şəhərin ən iri qəbristanlıqlarından olan el arasında “İmamzadə” qəbrsitanlığı kimi tanınan 2 saylı qəbristanlıqda güldanlar oğurlanıb.

Ümumiyyətlə bu gün Gəncənin qəbristanlıqlarında sözügedən vəziyyət çıxılmaz həddə çatıb.

Əsasən aliminum və digər metallardan ibarət güldanlar, eləcədə qəbir ətrafı bəzək əşyaları aparılır. Çox böyük ehtimalla oğurlanan əşyalar metal əritmə müəssisələrinə müəyyən məbləğ qarşılığında satılır.

Qəbristanlıq ərazilərinin böyük olması da problemin qarşısını almaqda çətinlik yaradan əsas amillərdəndir.

Baxmayaraq ki, bu qəbristanlıqların hər birinə iki gözətçi ayrılıb.

Lakin gözətçilər ərazilərə tam nəzarət edə bilmir. Çıxış yolu kimi qərbiristanlıqda çalışan şəxslər ölü sahiblərinə məzarların üzərinə qoyulan əşyalara ad və ya hər hansı bir iz qoymağı tövsiyyə edir.

Problemlə bağlı hüquq mühafizə orqanı əməkdaşları da məlumatlandırılıb. Polis tərəfindən bu insanlığa sığmayan əməlləri edən şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Gəncə şəhərində 4 qəbristanlıq var. Bunlardan üçü müsəlman, biri isə rus qəbristanlığıdır.