"O qədər kökəlmişəm ki, corab da geyinə bilmirəm" - Foto

"O qədər kökəlmişəm ki, corab da geyinə bilmirəm" - Foto
5861 dəfə oxunub
  • A-
  • A
  • A+

Üçüncü övladını bir neçə gündən sonra dünyaya gətirməyə hazırlaşan aktrisa Mila Yavoviç İnstaqram hesabında paylaşım edib.

Axşam.az xəbər verir ki, 44 yaşlı Mila 2 həftədən sonra ana olacağını və hamiləliyinin son günlərini ağır keçirdiyini qeyd edib.

Qarnının böyüməsinə və xeyli kilo almasına rəğmən sosial media hesabında şəkillər paylaşan aktrisa son fotosunun altına "O qədər kökəlmişəm ki, corablarımı da geyinə bilmirəm" sözlərini yazıb.

Qeyd edək ki, Yavoviç rejissor əri Paul Andersonla 2009-cu ildə ailə qurub. Cütlüyün 12 və 6 yaşlı qızları var.