"Anam bizi çarpayının altında gizlətmişdi"

"Anam bizi çarpayının altında gizlətmişdi"
2884 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu gecəni ölənə kimi unuda bilmərəm. 12 yaşım var idi. Anam bizi çarpayının altında gizlətmişdi".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı paylaşım edərək yazıb. O bildirib ki, həmin gecə xəsarət alanlar arasında müğənni Aysel Əlizadənin atası da olub:

"Sahib dayını ayağından yaralamışdılar. Şükür ki, yaşadı. Amma o gecənin səhərini Bakımız qanla açdı".

Qeyd edək ki, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda 171 nəfər qətlə yetirilib, 800 insan ağır xəsarət alıb.