“Mənimlə evlən, onsuz da daha yaxşısını tapmayacaqsan”

“Mənimlə evlən, onsuz da daha yaxşısını tapmayacaqsan”
2233 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Qlükoza maraqlı açıqlama verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, indiki həyat yoldaşı Aleksandr Çistyakovla tanış olduğu andan onun həyatının kişisi olduğunu anladığını deyib.

Qlükoza dostları ilə birlikdə şam yeməyinə çıxarkən gözlənilməz addım atdığını və Aleksandra evlilik təklifi etdiyini deyib. “Mənimlə evlən, onsuz da daha yaxşısını tapmayacaqsan” söyləyən Qlükoza cavabı 2 həftə sonra aldığını bildirib: “O, evə gəldi, mənə üzük hədiyyə edərək, təklifimi qəbul etdiyini və evləməyə razı olduğunu söylədi”.