Beren Saatla vidalaşdılar - fotolar

Beren Saatla vidalaşdılar - fotolar
6129 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Beren Saatın baş rolunu ifa etdiyi “İntikam” serialı başa çatır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə çəkiliş qrupu aktrisaya sürpriz hazırlayıb.

Çəkiliş meydançasına “Hamımız Berenik” yazılı avtomobillə gələn heyət Bereni güllər və rəngli şarlarla qarşılayıb. Üzlərinə Saatin maskasını taxan əməkdaşlar aktrisaya olduqca duyğusal anlar yaşadıblar. Hər kəsə təşəkkür edən Beren onlarla foto da çəkdirib.

Xatırladaq ki, Mərt Fırat, Yiğit Özşener, Arzu Qamze Kılınç, Zəfər Algöz, Alican Yücesoy və digər aktyorların rol aldığı “İntiqam” serialının final bölümü bu gün yerli vaxtla saat 22:00-da ekranlara gələcək.