Di Kaprio və De Niro eyni filmdə çəkiləcək

Di Kaprio və De Niro eyni filmdə çəkiləcək
800 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Leonardo Di Kaprio rejissor Martin Skorsezenin yeni filmində rol alacaq.

Axşam.az xəbər verir ki, bu barədə aktyor mükafatlandırma mərasimlərinin birindəki çıxışı zamanı bildirib.

"Çiçəkli ayın qatilləri” adlı filmdə o, baş rolu Robert De Niro ilə birlikdə paylaşacaq.

Ekran işinin süjet xətti, jurnalist Devid Qrannın müəllifi olduğu eyniadlı kitabının motivləri əsasında çəkiləcək.

Film Oklahoma ştatında hind tayfasının yaşayış ərazisində neft yatağı aşkar etdikdən sonra qətlə yetirilmiş kriminal qruplar haqqında bəhs edir.

Qeyd edək ki, Leonardo Di Kaprio və Robert De Niro daha əvvəl Skorsezenin lentə aldığı “Dinləmə” filmində birlikdə rol alıblar.