"Rəcəb İvedik"in premyerası oldu - fotolar

"Rəcəb İvedik"in premyerası oldu - fotolar
1527 dəfə oxunub
  • A-
  • A
  • A+
"Rəcəb İvedik 4" filminin qala gecəsi keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimat mərasiminə filmin baş qəhrəmanı, yumorist Şahan Gökbakarla yanaşı, rejissor Toqan Gökbakar və Əmrah Çoban ev sahibliyi edib. Gecədə teleaparıcı Acun Ilıcalı, müğənni Mustafa Sandal, Murad Boz və digər tanınmış sənətçilər iştirak edib. Ş. Gökbakar təqdimatdan əvvəl təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

"Dörd il sonra yenidən izləyicilərlə görüşdüyüm üçün həyəcanlıyam. Tənqidləri normal qarşılayıram. İnsanlar fikirlərini bildirməkdə sərbəstdir. "Rəcəb İvedik" seriyaları 5, 6, 7, 8 və daha da çox davam edəcək. Animasiya filmi də çəkəcəyik. Bu, Türkiyədə ilk olacaq".

"Rəcəb İvedik 4" Türkiyədə sabahdan etibarən yayımlanacaq.