Lalə Məmmədova ana olduqdan sonra ilk dəfə - fotolar

Lalə Məmmədova ana olduqdan sonra ilk dəfə -  fotolar
4524 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova ana olduqdan sonra ilk dəfə efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinin qonağı olub. Əməkdar artist yaradıcılığından söz açaraq fəaliyyətinə fasilə verməyəcəyini bildirib:

“Hamiləliyimin son aylarında belə sənətdən uzaqlaşmadım. Studiyada yeni mahnılar yazdırırdım. Sənətimdən çox uzaq qala bilmərəm. Bir-birinin ardınca yeni mahnılar təqdim edəcəyəm”.

L.Məmmədova şəxsi həyatından da danışıb:

“Heç kim həyatda nədənsə sığortalanmayıb. Gələcəkdə nə olacaq deyə bilmərəm. Elə yaşdayıq ki, bizim səhv addım atmaq hüququmuz yoxdur. İnsanlardan hörmətlə yanaşmalarını istəyirəm. Heç nə yazıldığı kimi dəhşətli formada deyil. Heç nəyə baxmayaraq çox xoşbəxtəm. Çünki iki qız övladım var. Onların yükü mənim çiynimdədir”.

Qeyd edək ki, Lalə Məmmədovanın qız övladı dünyaya gəlib. Müğənni qızına Çinarə adını verib. Əməkdar artistin digər övladı Nərgizin 8 yaşı var.