Təranənin yeni işi - Fotolar + Video

Təranənin yeni işi - Fotolar + Video
3352 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova yeni işə başlayıb.

Axşam.az xəbər verir ki, o, bundan sonra ATV-də fevralda yayımı planlaşdırılan “Aldanmış hisslər” serialında baş prodüser vəzifəsində çalışacaq.

Qeyd edək ki, serial hər həftənin şənbə günü efirə gedəcək. Ekran işinin ideya müəllifi və layihə rəhbəri Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru isə Amil Əlioğludur.

Serialda Xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Kazım Abdullayev, Arif Quliyev, aktyorlar Əjdər Zeynalov, Rəşad Kəsəmənli, Gülşən Hüseynli, Rüfət Nəzər və başqaları rol alacaq.