Sneyderin xanımı Kıvançın serialında

Sneyderin xanımı Kıvançın serialında
1654 dəfə oxunub
  • A-
  • A
  • A+
"Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyderin xanımı, model Yolante Kabau arzusuna çatacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı gözəl tanınmış aktyor Kıvanç Tatlıtuğla bir filmdə rol alacaq.

Kabau yeni çəkilən "Kurt Seyt və Şura" serialında iştirak edəcək. O, Farah Zeynəb Abdullahın ifa etdiyi "Şura"nın bacısı "Barones Valentina" obrazını canlandıracaq.

Qeyd edək ki, Sneyder və xanımının Kıvançla dostluq əlaqələri var. Y. Kabau daha əvvəl Tatlıtuğla filmə çəkilmək istədiyini bildirmişdi.