Tanınmışlar mükafatlandırma mərasimində bir araya gəldi - fotolar

Tanınmışlar mükafatlandırma mərasimində bir araya gəldi - fotolar
3475 dəfə oxunub
  • A-
  • A
  • A+

“BRIT Awards 2014” mükafatlandırma mərasimi keçirilib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Londonda toplaşan məşhurlar müxtəlif nominasiyalarda mükafata layiq görülüblər.

Beyons, Keti Perri, Nikol Şerzinger Rozi Hantinqton-Uaytli, Keyt Moss və digər məşhurların iştirak etdiyi tədbir əyləncəli anlarla yadda qalıb.


“Brit Awards-2014” mükafatına layiq görülən məşhurların siyahısını təqdim edirik:

"İlin ən yaxşı britaniyalı kişi ifaçısı” - Devid Boui

"İlin ən yaxşı britaniyalı qadın ifaçısı" - Elli Qoldinq

"Ən yaxşı Britaniya qrupu" – “Arctic Monkeys”

"İlin albomu" – “AM”, Arctic Monkeys

"İlin ən yaxşı mahnısı" – “Best Song Ever”, One Direction

"İlin ən yaxşı kişi ifaçısı" - Bruno Mars

"İlin ən yaxşı qadın ifaçısı" - Lorde

"Ən yaxşı beynəlxalq qrup" – “Daft Punk”

"İlin sıçrayış edən qrupu" – “One Direction”