Jurnalistin "Reng Rover"indən 3 min manat pul oğurlandı - Bakıda

Jurnalistin "Reng Rover"indən 3 min manat pul oğurlandı - Bakıda
1904 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış jurnalist, İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib.

E.Qasımovanın AzNews.az-a verdiyi məlumata görə, hadisə ötən gecə yaşadığı paytaxtın Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus “Reng Rover” markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gələrək, faktı qeydə alıblar. Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.