Brilliant canlı efirdə Çinanın başına oyun açdı – fotolar

Brilliant canlı efirdə Çinanın başına oyun açdı – fotolar
3021 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova və dicey Çina ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, B. Dadaşova hər zaman formada qalmasının sirrini açıqlayıb. O, pəhrizlə yanaşı, hər gün idman etdiyini bildirib:
 
“Qaçış xalçasına çıxır, orada qaçıram. Sürət 50 olmalıdır. Əvvəl 1 saat qaçırdım, sonra Türkiyədə mənə dedilər ki, yarım saat bəsdir. Daha sonra yerdə hərəkətlər etmək lazımdır. Orta sürətdən istifadə edilməlidir. Yerimək vitamin, qaçmaq isə yağlar əriyir. Press edirəm. Onda isə qışqırıram, çox incidir”.

Xalq artisti dicey Çinanı yerə uzadaraq, press hərəkətlərini ona etdirib:

"Bütün gün “Facebook”da yazırlar ki, idman hərəkətlərini bizə də öyrədin. Söz vermişdim ki, bir dəfə canlı efirdə idman paltarı geyinib, hamıya press formalarını göstərəcəyəm. İndi Çina əlimə keçib, yaxşı fürsətdir”.

İlk dəfədir idman etdiyini deyən Çina yorulduğunu və əziyyət çəkdiyini gizlətməyib.