Emil Bədəlov 50 min manat tələb edir

Emil Bədəlov 50 min manat tələb edir
2385 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlovun rol aldığı “Mən evə qayıdıram” filmi fevralın 26-da təqdim olunacaq.

Axşam.az-ın müxbiri ilə söhbətində sənətçi ekran işindən yüksək qonorar aldığını etiraf edib:

“Filmin büdcəsi və yaradıcı heyəti çox böyük idi. Azərbaycanda hələ belə bir film olmayıb. Onun təqdimatı da möhtəşəm olacaq. Mərasimə ziyalılar dəvət edilib. Buradakı obrazıma görə, mənə çoxlu film, serial dəvətləri gəlir. Amma müqaviləyə əsasən “Mən evə qayıdıram” nümayiş olunanadək heç bir ekran işində rol ala bilməzdim. Bundan sonrakı təklifləri qəbul etməyin mümkündür. Amma qonorar yüksək olmalıdır. Ən az 50 min manat versələr, çəkilərəm”.

Foto: Rəşad ABBASOV