Zarina: “Pulumu geyimə yox, sənətə xərcləyirəm” - fotolar

Zarina: “Pulumu geyimə yox, sənətə xərcləyirəm” - fotolar
2279 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zarina Məmmədova aksessuardan istifadə etməyi sevmir.

Axşam.az-ın məlumatına görə, sənətçi alış-verişi ölkə xaricində etməyə üstünlük verir.

“Bədxərc deyiləm. Pulumu geyimlərə yox, sənətimə - mahnılarıma, aranjimana xərcləyirəm. Qarderobumda hər qiymətə paltar var. Alış-verişə isə klip çəkilişlərində gedirəm. Daha sonra onlardan istifadə edirəm. Bəzən on min manatı bir libas və ayaqqabıya verə bilərəm. Alış-verişi xaricdə edirəm, əsasən də, Türkiyədə. Oraya yolum tez-tez düşür. Hərdən buradan da nələrsə alıram. Aksessuarı isə sevmirəm. Adi gündəlik geyimlərdə heç istifadə etmirəm. Amma bəzən çox sadə ziyafət geyimində işlədirəm” - deyə, Zarina bildirib.

Foto: Rəşad ABBASOV