Fatimə: “Qız anası açıq-saçıqlığa yol verməz” - fotolar
Ölkə
16:50 / 21.02.14
4711dəfə oxunub
A-
A
A+
Rəqqasə Fatimə Fətəliyeva ötən gün müğənni Roza Zərgərlinin klip təqdimatında fotokameramızın obyektivinə düşüb.
Axşam.az-ın məlumatına görə, sənətçi kameramıza pozlar verməklə yanaşı, açıq-saçıq geyimlərdən danışıb:
“Açıq-saçıqlıq mənim xasiyyətimə uyğun deyil. Hər zaman qapalı, tüllü libaslara üstünlük vermişəm. Baxmayaraq ki, rəqqasəyəm, belə şeylər mənlik deyil. Həm də, bir oğul anasına, 18 yaşında qızı olan qadına bunu yaraşdırmaram. Məndə bu cür açıq-saçıqlıq alınmaz. Mən qapalı, amma cazibədar libaslara üstünlük verirəm”.