"Elə insanlar zəng vururdu ki, təəccüblənirdim" - Murad

"Elə insanlar zəng vururdu ki, təəccüblənirdim" -  Murad
2318 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Murad Dadaşov sonuncu “Maşın” şou ilə bağlı danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində Murad verilişdən razı qaldığını deyib:

"Uzun fasilədən sonra "Maşın"ın bu qədər maraq doğuracağını gözləmirdim. Hazırda insanlar televizora baxmırlar, hamı efirdən uzaqlaşıb. Amma bizim layihəni hər kəs izləyirdi. Elə insanlar zəng vurub fikir deyirdi ki, təəccüblənirdim. Onların mənim verilişimə baxmalarına inanmırdım".

M.Dadaşov həmçinin bildirib ki, təriflərlə yanaşı tənqid edənlər də olub:

"Mən tənqidə açıq insanam. Əgər tənqid eşitmək istəmirsənsə, onda gərək heç nə etməyəsən. Bütün tənqidlərə lazımi arqumentlərlə cavab vermişəm. Fikirlər müxtəlifdir. Növbəti “Maşın”la bağlı planım yoxdur. Bu şounun ideyası beynimdə bir araya gətirdiyim maraqlı 18 nəfərdən doğur. Sonuncu şouda son vaxtların ən aktual 18 siması toplandı və veriliş baş tutdu. Hazırda isə bir araya yığa biləcəyim 18 nəfər maraqlı insan yoxdur. Çox müraciət edənlər var, amma mən onları bu şouda görmürəm”.

Zəhra Əhmədova,
Foto: Rəşad ABBASOV