Tünzalə Ağayeva verilişində muğamı təbliğ edəcək - fotolar

Tünzalə Ağayeva verilişində muğamı təbliğ edəcək - fotolar
1871 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı vaxtı ilə saat 00:30-da TRT Müzik Kanalında əməkdar artist Tünzalə Ağayeva “Bir səsin cazibəsi” verilişi ilə yenidən tamaşaçılarının qarşısına çıxacaq.

Axşam.az xəbər verir ki, müğənninin budəfəki qonaqları Azərbaycanın xalq artisti Nəzakət Teymurova və türk sənət musiqisinin mahir ifaçısı Yıldırım Bekçi olacaq.  Bu barədə danışan T.Ağayeva  verilişində muğamı təbliğ edəcəyindən də söz açıb:

“Sevimli xanəndəmiz Nəzakət xanımla bir arada olmaq, onun gözəl səsini dinləmək məni xoşbəxt edir. Bu, gözəl əsərlərimizin, muğamımızın Türkiyə ekranlarında səslənərək təbliğ olunması baxımından da önəmli bir hadisədir. Yıldırım Bekçiylə tanış olmağıma da çox sevindim. Türk sənət musiqisi sevərək dinlədiyim mahnılardır və bu əsərləri Yıldırım Bekçi kimi tanınmış sənətçinin səsindən eşitmək mənim üçün ayrı bir şans oldu".

Qeyd edək ki, xalq artisti Nəzakət Teymurovanı tarda Əliağa Sədiyev, nağarada Kamran Kərimov müşayiət edəcək.

Xatırladaq ki, Tünzalə Ağayevanın verilişində geyindiyi libaslar Gülnarə Xəlilova Moda Evinə məxsusdur.