Fəxrəddin Manafov "Mahmud və Məryəm" filmindən danışdı

Fəxrəddin Manafov "Mahmud və Məryəm" filmindən danışdı
3116 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yazıçı Elçinin əsəri əsasında çəkilən “Mahmud və Məryəm” filminin çəkilişləri artıq başa çatdı. Hazırda səsləndirmə işləri gedir. Gələn həftə mən də bununla bağlı İstanbula yola düşəcəyəm. Martın 22-də bu şəhərdə qala keçiriləcək. Həmin ayın 28-də isə 8-9 Avropa ölkəsində filmin premyerası olacaq. Azərbaycanda isə bunun nə zaman baş tutacağı hələlik məlum deyil”.

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Fəxrəddin Manafov bu yay çəkilişlərinə başlanılan “Mahmud və Məryəm” filmi haqda danışarkən deyib.

Xalq artisti onu qane edəcək təklif olarsa, yeni ildə pərəstişkarlarını sevindirəcəyini bildirib: "Mənə təkliflər həmişə olub və indi də var. Öncədən danışmağı sevmirəm. Əgər bəyənəcəyim bir təklif olsa, qəbul edib hər hansı proyektdə iştirak edəcəyəm".