Opera və Balet Teatrından qadınlara 8 Mart hədiyyəsi

Opera və Balet Teatrından qadınlara 8 Mart hədiyyəsi
1082 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 8-də Opera və Balet Teatrında rus bəstəkarı Pyort Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq.

Teatrdan Lent.az-a verilən məlumata görə, Beynəlxalq Qadınlar gününə həsr ediləcək tamaşada əsas rolları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın əməkdar artistləri Olqa Qolitsa (Odetta-Odilliya) və Sergey Sidorski (Şahzadə Ziqfrid) ifa edəcəklər. Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərov olacaq.