"Allahverdi Yolçuyevin maddi durumu çox pisdi"

"Allahverdi Yolçuyevin maddi durumu çox pisdi"
5414 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Allahverdi Yolçuyev maddi sıxıntılarından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə zəng edən zaman deyib. Allahverdi işləmədiyini bildirib:

"2019-2020-ci illər mənə düşmür. Utanıram imkansızlıqdan danışmaqdan. Dost-tanış kömək edir. Evdə ancaq qızlardır. Kürəkənim Mübariz kömək edir. Dərmanları da çatdırmıram. Evdə tək, hamıdan ayrı qalmışam. Yaşlı adamam, xəstələnərəm nəvələrimə keçər".

Aparıcı Zaur Baxşəliyev isə "Allahverdi Yolçuyevin maddi durumu çox aşağıdır. Onun necə yaşadığını bilirəm. Bəzən özüm şok oluram ki, insan necə dözür, bu şəraitə tab gətirir" sözlərini əlavə edib.