2013-də kişi dəbi belə olacaq

2013-də kişi dəbi belə olacaq
8509 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün biz kişi dəbinin daha aktual tendensiyaları haqda məlumat verəcəyik.

Kişi dəbi daha sadə olması ilə qadın dəbindən fərqlənir.

Axşam.az-ın məlumatına görə, gələn il trikotaj tipli parçadan hazırlanan geyimlərin mövsümü olacaq. 2013-cü il enli yaxalıqlı geyimlərin ili deyil. Artıq bu dəb geridə qalmış hesab ediləcək. İlan ilində ötən ildən fərqli olaraq naxışlı, müxtəlif rəngli deyil, monoton geyimlərə üstünlük veriləcək. Bu tip geyimlər kişilərə daha zərif görüntü verir.

Trikotajdan sonrakı yerdə  mütəxəssislər harmonik parçadan istifadə etməyi tövsiyə edir.

Hər zaman xəz dəri geyimlərinə üstünlük verən kişilər 2013-cü ilin qış mövsümündə də bu ənənəyə sadiq qalacaqlar. Onların əsas moda trendi palto, xəz, frenç, gödəkcə və jilet olacaq.

Kişilərin geyim kolleksiyasında dəri geyimlər də üstünlük təşkil edəcək. İlan ilində daha çox tarım və qırışmış dərilər dəbdə olacaq. Gələn ildə parlaq və sürüşkənliyi ilə seçilən dərilər dəbdə olmayacaq. 2013-cü il assimmetrik geyimlər ön plana çıxacaq. Uzun palto ilə el arasında “butulka” adlanan şalvarlar geymək məsləhət görülür. Bu stil də daha çox yaxın keçmişin dəbini xatırladacaq. 2013-cü ilin kişi geyimlərində daha çox tünd göy, tünd qırmızı və solğun yaşıl dəbdə olacaq. Qara geyim sizə intelektual görkəmi verəcək. Boz rəngli tvid kostyumlar  yenidən kişi geyimləri arasında üstünlük verilən rənglərdən sayılacaq. Klassik kostyumları trikotaj sviterlə geyinmək məsləhət görülür.

İki cərgəli düymələr isə paltonuza fərqli görünüş verəcək. Mövsümün əsas dəbi isə iri çantalar hesab edilir. Aşırma da yenidən dəbə qayıdacaq.

Dəbdə “Al Copone” stilində tünd qəhvəyi, tünd qırmızı, tünd yaşıl və qara papaqlar  üstünlük təşkil edəcək.

Bağı olan ayaqqabılar bu il yenidən dəbə qayıdacaq. 

Firəngiz AĞALAR