Nazir Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdi

Nazir Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdi
1559 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ramiz müəllimin səhhəti normallaşır. Artıq o, yanına gələn hər kəsi tanıyır”.

Axşam.az xəbər verir ki, bunu AzNews.az-a xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli deyib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də R.Əzizbəylinin səhhəti ilə maraqlanıb:

“Düzdür, biz Əbülfəz müəllimin özü ilə görüşməmişik. Amma Əbülfəz müəllim xəstəxana rəhbərliyi vasitəsi ilə Ramiz Əzizbəylinin səhhəti ilə maraqlanıb və lazımı tapşırıqları verib. Sağ olsun”...

Xatırladaq ki, Ramiz Əzizbəyli hazırda Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alır. Fevralın 21-dən klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib.