"Şou-biznesdəki bəylərin hamısı ilə küsülüyəm" - Elza Seyidcahan

"Şou-biznesdəki bəylərin hamısı ilə küsülüyəm" -  Elza Seyidcahan
2338 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 52 yaşını qeyd edən Əməkdar artist Elza Seyidcahan "5/5" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi aparıcı Zaur Kamalın “Xanım sənətçilərlə küsülüsən, bəylərlə yox” sualına belə cavab verib:

“Küsülü deyiləm, küsülü olmaq demək deyil. Verilişlərin birində bir bəylə reklam arasında müzakirəli mübahisəmiz oldu. Sadəlik edirəm, ondan istifadə edirlər. Özümü dartmıram, amma mənə yaraşır. Hər zaman deyiblər ki, “sən özünü darta bilərsən, bu sənə yaraşır”. Demişəm “Yox, Allaha xoş getməz”. Bəylərin hamısı ilə küsülüyəm, bəydən xanım küsər. Bəylər xanımların nazını çəksinlər. Kiməsə düzgün söz deyirəm, xətrinə dəyirsə, küssün”.