Azərbaycanlı müğənni koronavirusdan sağaldı

Azərbaycanlı müğənni koronavirusdan sağaldı
2210 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı.

Axşam.az xəbər verir ki, sənətçi sağaldığını deyib. O, 10 gündən çox COVID-19-dan müalicə olunduğunu söyləyib.

Ötən gün ifaçı sosial şəbəkədə müalicələrini etdiyini və həkimin ona tam sağaldığını dediyini bildirib. Bahh vurğulayıb ki, yenidən test verib və orqanizmində heç bir virus aşkarlanmayıb.

Qeyd edək ki, Bahh Tee iyunun 30-da İnstaqram səhifəsində koronavirus infeksiyasına yoluxduğunu deyərək, onunla görüşən hər kəsə xəbər vermişdi.