ABŞ-ın ən varlı qadını oldu

ABŞ-ın ən varlı qadını oldu
1011 dəfə oxunub
  • A-
  • A
  • A+

"Amazon"un sahibi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrıldıqdan sonra onun var-dövləti 6 milyard dollar artıb. Dünyanın ən varlı qadınından onu 2 milyard dollar fərqləndirib.

İyulun 2-9 arası "Amazon"un səhmləri 10 faiz artıb, bununla da kampaniyanın sahibi, dünyanın ən varlı insanı Ceffin sərvətini 16,2 milyard dollar artıraraq, 188,2 milyard edib.

Makkenzinin sərvəti isə hazırda 62,3 milyard dollardır. Onların ayrılı dünyanın ən bahalı boşanması kimi tarixə düşüb. 2019-cu ildə baş tutan bu boşanmada Ceffin sərvətinin 25 faizi arvadının hesabına keçib. Həmin ərəfədə sərvət36 milyard dollar i olan Makkenzi hazırda ondan iki dəfə varlıdır.

Makkenzidən əvvəl ABŞ-ın ən varlı qadını "Walmart" super-marketlər şəbəkəsinin sahibinin qızı Elis Uolton idi.