"Bill Qeytslə sevgili olmağımız yalandır" - İlon Mask

"Bill Qeytslə sevgili olmağımız yalandır" -  İlon Mask
2171 dəfə oxunub
  • A-
  • A
  • A+

Milyarder İlon Mask Bill Qeytslə bağlı gözlənilməyən status yayımlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunla bağlı tvitterində paylaşım edən Mask qalmaqallara önəm vermədiyini söyləyib.

Mask statusunda "Bill Qeytslə sevgili olmğımız yalandır" sözlərini qeyd edib. O bildirib ki, məsələyə aydınlıq gətirməsinin məqsədi Bill olub.

Belə ki, Bill bir müddət əvvəl müsahibəsində İlonun koronavirusa qarşı səriştəsiz davranmasını deyib. İlon Covid19-la bağlı xəbərləri şişirdilmiş adlandırıb. O bildirib ki, karantin rejimi belə məsələyə kömək edə bilməz.

Qeyt öz növbəsində koronavirusa ciddi yanaşıb, onun peyvəndinin tapılması üçün çalışır. "İlonun koronavirusla işi olmasın. O, raketi ilə məşğul olsun. Bu onda daha yaxşı alınır" deyə, milyarder deyib.