16 illik evlilik 15 dəqiqədə bitdi

16 illik evlilik 15 dəqiqədə bitdi
1965 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Atılqan Gümüş həyat yoldaşı Verda Gümüşlə 16 illik evliliyinə son qoyub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Atılqan ötən ay məhkəməyə gedərək boşanma ərizəsi yazmışdı. Aktyor fikirlərinin üst-üstə düşmədiyini və bununda aralarında mübahisələr yaratdığını iddia edib.

Bu gün baş tutan məhkəməyə Gümüş ailəsi vəkilləri ilə birlikdə gəlib. 15 dəqiqə çəkən məhkəmə prosesində cütlük rəsmi boşanıb.

15 yaşlı övladının qəyyumluğunu Verdaya verən aktyor ayda 4500 lirə təzminat ödəyəcək.