İbrahim Tatlısəsdən qəzəbli mesaj

İbrahim Tatlısəsdən qəzəbli mesaj
1278 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İbrahim Tatlısəs türklərlə kürdlər arasında bitməyən savaşı sərt şəkildə tənqid edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,Tatlısəs bu məsələylə bağlı etdiyi açıqlama səbəbindən ona sataşanlara sərt mesajlar göndərib:

“Ölkənin mağarasında və ya sarayında doğulmağımın nə fərqi var?

Yenə eyni İboyam, əvvəl nə idimsə, indi də eyniyəm, bura mənim vətənimdir. Burada yaşayan kürd də, türk də mənim insanımdır. Təbii ki, ikisinin də qanlı köynəyini görmək istəmirəm. Bu da mənim təbii haqqımdır. Millətçiyəm deyib sinəmə lövhə asmalıyam?

Kim nə qədər türkdürsə, mən də o qədər türkəm. Kim nə qədər kürddürsə, mən də o qədər kürdəm.Bu ölkənin azad vətəndaşı olaraq barış istəyə bilmərəm? Gəlin, bu işi mən-sən davasından çıxaraq. Biz varıq deyək. Bunu etmək bizim əlimizdədir”.

İlahə Cəbrayılova