Gəncə terroru zamanı ağır yaralanan məktəbli 5 gündür komadadır - Video

Gəncə terroru zamanı ağır yaralanan məktəbli 5 gündür komadadır -   Video
2820 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan ordusunun Gəncəyə son ballistik raket zərbəsindən 5 gün keçir. Ancaq partlayış zamanı ağır xəsarətlər alan 13 yaşlı Artur Maykov hələ də gözlərini açmayıb.

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, atası azərbaycanlı, anası isə rus olan Artur uzun müddətdir ki, yaxın qohumlarının himayəsində yaşayırdı. Atasının ölümündən sonra ona nənəsi və bibisi sahib çıxıb.

Bibisi erməni vəhşiliyindən əziyyət çəkən qardaşı oğlunun komadan ayılacağı və sağalaraq yenidən ailə üzvlərinə qarışacağı günü böyük ümidlə gözləyir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik: