Bu qızlar Azərbaycanın ən gözəli adından məhrum oldular (Fotolar)

Bu qızlar Azərbaycanın ən gözəli adından məhrum oldular (Fotolar)
11409 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il keçiriləcək  “Miss Azərbaycan-2013” Milli gözəllik müsabiqəsinin beş iştirakçısı yarışmadan uzaqlaşdırılıb.

Bu barədə Axşam.az saytına müsabiqənin təşkilat komitəsindən bildirilib.

Qeyd edilib ki, buna səbəb yarışmaçıların finalda iştiraka dair müqavilənin şərtlərini pozması olub. 

Müsabiqədən kənarlaşdırılan iştirakçılar isə Elnarə Sultanova, Sevinc Bayramova, Aysel Ahmədova,  Ramina Abasova və Nərmin Səfərovadır.

“Bu qızlar bundan sonra “Miss Azərbaycan-2013” gözəllik müsabiqəsinin iştirakçıları və finalçıları hesab olunmur. Onların reklam vericilər və ya mətbuat tərəfindən “Miss Azərbaycan-2013” gözəllik müsabiqəsinin iştirakçısı və finalçısı adlandırılması qəti qadağan olunur. Bu hal baş verdiyi təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etməli olacağıq” – deyə təşkilat komitəsindən bildirilib.