"Maqazin proqramları üçün maraqsızam" - Emil

"Maqazin proqramları üçün maraqsızam" - Emil
2149 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlov tənbəlləşdiyini etiraf edib.

İfaçı,  Axşam.az-a verdiyi açıqlamada son vaxtlar yaradıcılıqdan uzaqlaşdığını bildirib:

“Yaz gələndən tənbəlləşmişəm.  Bir tərəfdən də toylar başımı qatıb. Yeni mahnılarım var, yazdırıb bitirə bilmirəm. Yeri gəlmişkən, onlardan birinin musiqisi Hacı Nazimə, sözləri Günel Əsgərovaya aiddir. Bununla belə apreldə “Çərpələng” adlı albomum işıq üzü görəcək”.

Efirdə az görünməsini isə Emil belə izah edib:

“Qalmaqal yaratmıram deyə maqazin proqramları üçün maraqsızam”.

Foto: Rəşad ABBASOV