"Hansısa axmağın, avaranın biri..." - Brilliant Dadaşova

"Hansısa axmağın, avaranın biri..." -  Brilliant Dadaşova
3678 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrin birindəki səhifəsində pərəstişkarlarına müraciət edib.

Axşam.az xəbər verir ki, müğənnini özündən çıxaran kiminsə onun adından İnstagram hesabı açaraq insanları aldatması olub. Belə ki, kimliyi bilinməyən şəxs müğənninin adından istifadə edərək digər şou-biznes nümayəndələrinə rəylər bildirir. Bununla bağlı B.Dadaşova "Facebook" dostlarına üzünü tutaraq bunları söyləyib:

"Əziz "Facebook" dostlarım. Hansısa axmağın, avaranın birisi mənim adımdan İnstaqram hesabı açıb. Xahiş edirəm onu ciddi qəbul etməyin. Hətta imkanınız olsa, həmin profili baykot edin".

Hazırda İstanbulda albom üzərində çalışan xanım Dadaşova bununla bərabər yeni saç düzümündə paylaşdığı fotoları ilə diqqət çəkib.